İnsanların ağ və qara maşınlara üstünlük verməsinin səbəbi BƏLLİ OLDU
“Avtomobillər əvvəllər kütləvi istehsal olunanda rəng bolluğu var idi. Ağ, qara, qırmızı, göy və digər rənglərdə olan avtomobilləri insanlar sevirdi və bunlardan istifadə edirdilər. Daha sonralar isə bu növbəti bir plana keçdi. Yəni ki, avtomobillərin rəngləri, onların potensialları və digər xüsusiyyətləri arxa plana keçdi”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, burada avtomobillərin xüsusiyyətlərinin niyə arxa plana keçdiyi sualını versək, bu daha müzakirəli mövzu ola bilər: “Çünki indiki mövcud bir neçə rəng var ki, ağ, qara rənglər əsas rənglərdir. Çünki bu rənglərin potensialı ondan ibarətdir ki, ağ və qara rəngli nəqliyyat vasitələri daha cəlbedici görünə bilər. Görünüş baxımından, rəng baxımından ağ və qara rənglər daha çox üstünlük təşkil edir. Burada digər bir məsələ də ondan ibarətdir ki, ağ və qara rənglər, xüsusən ağ rəng Azərbaycan iqlimi, əhatəsi üçün monokolorid bir rəngdir. Ağ rəng hamının istədiyi bir rəngdir. O cümlədən günəş şüalarının əksetdirmə qabiliyyətinə malik olan bir rəngdir. Ağ rəngin əsas xüsusiyyəti ondan ibarətdir ki, günəş şüalarını əks etdirir, onun xüsusi əksetdirmə qabiliyyəti var. Günəş şüalarının əks olunması ilə ağ rəngli avtomobillərdə avtomobilinin salonunun qızmasına, bakteroloji və digər şüalanmalarının bir önəm daşımamasına əsas verir. Qara rəngli avtomobillərdə isə avtomobilin görünüşünün nəqliyyat vasitəsi olaraq görkəmini, vidini müəyyən edir. Bu xüsusiyyətlərinə görə, ağ və qara rəngdə daha ümumi bir koloridli rəng kimi seçilməkdədir”.