Dünya

Kanadada yeni zirehli dinozavr növü tapılıb


Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Tumbler Ridge qəsəbəsində tapılan üç barmaqlı fosil ayaq izləri paleontoloqları yeni dinozavr növünün kəşfinə gətirib çıxarıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 100 milyon il əvvələ aid olan bu izlər quyruqlarının ucunda sümüklü düyün olan və bitkiləri yeyən zirehli dinozavrlar ailəsi olan ankilosaridlərə aiddir.

Mütəxəssislərin fikrincə, bu izlər əvvəllər məlum olmayan “Ruopodosaurus clava” adlı bir növə işarə edir.