Dünya

Putin İlon Maskı təriflədi


“İlon Mask kimi insanlar dünyaya tez-tez gəlmirlər”. SİA “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin tələbələrlə görüşü zamanı deyib. “Bilirsiniz ki, Birləşmiş Ştatlarda Mask adlı adam yaşayır, o, demək olar ki, Mars barədə sayıqlayır. Bax, müəyyən ideyaya köklənmiş belə insanlar çox nadir hallarda ortaya çıxır. Bu gün inanılmaz görünsə də, bir müddət sonra belə ideyalar tez-tez gerçəkləşir. Marsa uçuş çox mürəkkəbdir. Bu gün bunu həyata keçirmək çox çətin görünür”, – deyə o bildirib.