Siyasət

Sloveniya Baş nazirinin müavini Bakıda Şəhidlərin xiyabanını və Mehdi Hüseynzadənin abidəsini ziyarət edib


Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Şəhidlər xiyabanını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib. SİA xəbər verir ki, Tanya Fayo əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra qonaq İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsini anaraq, abidəsinin önünə gül dəstəsi qoyub.