Bakı beynəlxalq konfransa ev sahibliyi edəcək
Mayın 23-24-də Bakıda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. SİA xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil ediləcək tədbir Maliyyə Monitorinqi Xidməti ilə birgə, ölkə Prezidentinin 11 fevral 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun baş tutacaq.
Tədbirdə Azərbaycanın aidiyyəti qurumları ilə yanaşı, İsrail, Pakistan və Latviya kimi ölkələrin audit və mühasibatlıq qurumlarının rəhbərləri, eləcə də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə mütəxəssislər iştirak edəcəklər.
Konfransın ikinci günü xarici ekspertlər, nəzarət orqanlarının nümayəndələri, mühasiblər və auditorlar arasında ƏL/TMM sahəsində təcrübə mübadiləsi aparılması nəzərdə tutulur.