Dünya

Almaniya silahlı qüvvələri yeni əsgər cəlb etməkdə çətinlik çəkir


2024-cü ildə Bundesverə hərbi xidmətlə bağlı əhəmiyyətli dərəcədə çox müraciət daxil olub. SİA xəbər verir ki, Bundesverin məlumatına görə, ötən il hərbi xidmət üçün 51 200 nəfər müraciət edib. “Neue Osnabrücker Zeitung” qəzeti yazır ki, bu, 2023-cü il ilə müqayisədə 19 faiz çoxdur.

Müraciət edənlərin sayının artmasında əsas amil sosial şəbəkələrdə kampaniyalar vasitəsilə gənclərə məqsədyönlü yanaşmadır. Hərbi xidmət çəkmək istəyən qadınların sayı da əhəmiyyətli dərəcədə – 14 faiz artaraq 8200 nəfərə çatıb.

Lakin bu rəqəmlər o demək deyil ki, əsgərlərin sayı artır. Bundesverin məlumatına görə, onların sayı əvvəlki il ilə müqayisədə 350 nəfər azalıb. Bu, onunla bağlıdır ki, heç də hər bir müraciət təsdiq edilir. Bundan əlavə, bir çox insan Bundesveri tərk edir – keçən il onların sayı təxminən 20 min idi. Lakin, 2022-ci ildən 2023-cü ilə qədər hərbi qulluqçuların ümumi sayı 1800 nəfərdən çox azaldılıb.

Son məlumatlara görə, silahlı qüvvələrdə şəxsi heyətin sayı təqribən 183 min hərbi qulluqçu və 81 min mülki işçi təşkil edir. Bundesverin məqsədi 2031-ci ilə qədər ölkənin silahlı qüvvələrinin şəxsi heyətinin sayını 203 min nəfərə çatdırmaqdır.