KOBİA sahibkarların 27 “yaşıl layihə”sinə ayırdığı vəsaiti açıqlayıb
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların 27 “yaşıl layihə”sinə 450 min manatdan çox qrant ayırıb. SİA bu barədə KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, “yaşıl təşəbbüslər”in dəstəklənməsi çərçivəsində 10-dan çox KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
Bundan başqa, KOBİA “yaşıl İqtisadiyyat”a keçid çərçivəsində 250 təlim, 250-dən çox sahibkarın iştirakı ilə görüş və maarifləndirici tədbirlər, eləcə də 3 daxili bazar araşdıması aparılıb.