Zelenski Putinin Pasxa atəşkəsi elan etməsinə münasibət bildirib
…Hazırda Ukrayna ərazisində hava hücumu xəbərdarlığı verilir.
SİA-nın məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında Rusiya prezidenti Vladimir Putinin Pasxa atəşkəsi elan etmək qərarını şərh edərkən bildirib.
…Putinin insanların həyatı ilə oynamaq cəhdinə gəlincə, hazırda Ukraynada hava hücumu həyəcanı var, – deyə Zelenski yazıb.
Bir daha xatırladaq ki, şənbə günü, aprelin 19-da Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü zamanı Pasxa atəşkəsi elan edib.
Dövlət başçısının təklifinə əsasən, Rusiya tərəfi aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək bütün hərbi əməliyyatları dayandıracaq.
Putin Pasxa atəşkəsi elan edərkən bildirib ki, Rusiya Ukraynanın da bundan nümunə götürəcəyini və hərbi əməliyyatları dayandıracağını güman edir.
Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, Rusiya qoşunları atəşkəs rejiminin mümkün pozulması və Ukrayna Silahlı Qüvvələri tərəfindən təxribatların qarşısını almağa hazır olmalıdır.
Əli Babayev