Çin hidrogen bombasını sınaqdan keçirdi
Çində heç bir nüvə birləşməsindən istifadə etməyən hidrogen əsaslı partlayıcı qurğu uğurla sınaqdan keçirilib. SİA xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb. Məlumata görə, nəzarət olunan sahə sınaqları zamanı dağıdıcı kimyəvi zəncirvari reaksiya doğurmaq mümkün olub. Qurğunu Çin Dövlət Gəmiqayırma Korporasiyasının (CSSC) 705 Araşdırma İnstitutu hazırlayıb. Bomba maqnezium hidrid adlı kimyəvi birləşmədən istifadə edir. İki kiloqramlıq bomba sınaq partlaması zamanı temperaturu 1 000 dərəcə Selsidən çox olan alov topu yaradıb.