Dünya

ABŞ-ın 27 ştatında qızılcaya yoluxma halları qeydə alınıb…


…Luiziana ştatında peyvənd olunmamış kişidə virus aşkar edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda təcrid olunan xəstə evdə müalicə olunur.

Beləliklə, ABŞ-ın 27 ştatında qızılcaya yoluxma halları qeydə alınıb.

Aprelin 19-da 800 yoluxma halı təsdiqlənib.

ABC-nin məlumatına görə, Virciniya, Luiziana və Missuri ştatlarının səlahiyyətliləri həftə sonu qızılcaya ilk yoluxma hallarını bildiriblər.

İndiyədək 27 ştatda ən azı bir hadisə qeydə alınıb.

Luiziana ştatında virus Yeni Orlean bölgəsində yaşayan peyvənd olunmamış kişidə aşkar edilib.

Xəstə təcrid olunub və evdə müalicə olunur.

Virciniya və Missuri ştatlarında da uşaqlarda qızılca aşkar edilib.

Nazlı Almuradova