Bölgələr üzrə enerji paylanımı BƏLLİ OLDU
“2024-cü ilin rəsmi hesabatlarına görə Azərbaycanda 28.3 milyard KVT/saat elektrik enerjisi istehsal olunmuşdur və bu elektrik enerjisinin 24.5 milyard kVt.st İstilik elektrik stansiyalarında, 3,011 milyard kVt hissəsi su elektrik stansiyalarında, 900 milyon kVt.st hissəsi isə bərpa olunan enerji stansiyalarında (günəş(GES) və külək elektrik stansiyalarında(KES) və az bir hissəsi 210 milyon KVt/s Balaxanıda yerləşən tullantı yandırılması zavodunda yaxın istehsal olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov deyib.
Onun sözlərinə görə, istehsal olunan enerjinin cəmi 1 milyard 396 milyon kilovat/saat enerji ixrac edilmişdir: “2024-cü ildə elektrik enerjisinin ixracı 1396,2 (keçən il 3245,7) mln. kVt·st, idxalı isə 170,7 mln. kVt·st təşkil etmişdir. Belə ki, ixrac olunan 1396,2 mln. kVt·st elektrik enerjisinin 36,6 mln. kVt·st İranın, 176,4(keçən il 1575,4) mln. kVt·st Türkiyənin, 158,8 mln. kVt·st Rusiyanın, 1024,4 (keçən il 1533,2) mln. kVt·st Gürcüstanın payına düşür. İdxal olunan 170,7 mln. kVt·st elektrik enerjisinin 35,3 mln. kVt·st İranın, 92,2 mln. kVt·st Rusiyanın, 143,2 mln. kVt·st Gürcüstanın payına düşmüşdür.
Hesabatdan belə aydın olur ki, 2023-cü illə müqayisədə elektrik enerjisinin ixracında Türkiyənin (1404,7 KVt) və Gürcüstanı payı (508,8 KVt) azalmışdır. Təəssüf ki bu qədər həcmdə ixracın azalmasına hər hansı izahat hesabatda verilməmişdir.
Elektrik enerjisi demək olar Azərbaycanın bütün bölgələri üzrə istifadə edilmişdir. Bölgələr 99% elektrik enerjisi ilə təmin edilmişdir. Bu elektrik enerjisininən böyük bir hissəsi Bakı şəhərində istifadə olunmuşdur. Ümumi əhali tərəfindən istifadə edilən 6.6 milyard kilovat/saat el.enerjisinin 2.9 milyard kilovat/saat Bakı şəhərində istifadə olunur.
Ekspert qeyd edir ki, Bakı- Abşeron-Xızı iqtisadi rayonu 702 milyon kilovat/saat istifadə etmişdir. Ölkənin regionları üzrə digər istifadə bu cürdür: “Naxçıvan Muxtar Respublikasında 135.8 milyon kilovat/saat elektrik enerjisi istehlakı var. Ümumən götürəndə ölkənin İqtisadi potensialınınəsas hissəsi bir hissəsi 50%-dən biraz yuxarı hissəsi Bakı və Abşeron -Xızı iqtisadi rayonunda toplaşmışdır. Digər iqtisadi zonalar üzrə; Dağlıq Şirvanda 115.3 milyon kilovat/saat, Gəncə-Daşkəsəndə 123 milyon kilovat/saat, Qarabağ zonasında 334 milyon kilovat/saat, Qazax-Tovuz iqtisadi rayonunda 292 milyon kilovat/aat, Quba-Xaçmaz iqtisadi zonasında 264 milyon kilovat/saat, Lənkəran-Astara iqtisadi zonasında 376 milyon kilovat/saat, Mərkəzi Aran iqtisadi rayonunda 357.7 milyon kilovat/saat, Mil-Muğan düzündə 287 milyon kilovat/saat, Şəki-Zaqatala 185 milyon kilovat/saat, Şərqi Zəngəzurda 2.1 milyon kilovat/saat, Şirvan-Salyan zonasında 73.4 milyon kilovat/saat elektrik enerjisi istifadə edilmişdir.
İstehsal olunan qaza baxsaq bunun da böyük bir hissəsi ümumi istehlakın 3 milyard, 980 milyon istehlakın 1 milyard 490 milyon kubmetri Bakı şəhərinə düşür və Abşeron-Xızı iqtisadi rayonunda 438.5 milyon kubmetr qaz, Naxçıvan Muxtar Respublikası 109 milyon kubmetr qaz, Şirvanda 98 milyon kubmetr, Gəncə-Daşkəsən iqtisadi rayonunda 245 milyon kubmetr, Qarabağ zonasında 84 milyon kubmetr, Qazax-Tovuz zonasında 235 milyon kubmetr, Quba-Xaçmazda 210 milyon kubmetr , Lənkəran-Astara zonasında 239 milyon kubmetr, Mərkəzi aran zonasında 234 milyon kubmetr, Mil-Muğan zonasında 148 milyon kubmetr, Şəki-Zaqatala 207 milyon kubmetr, Şirvan-Salyan zonasında 139 milyon kubmetr təbii qaz istelak edilmişdir. Burada da görsəndiyi kimi böyük bir pay Bakı şəhəri ilə Abşeron Xızı iqtisadi zonasının payına düşür.
2024-cü ilin rəsmi məlumatlarına görə, neft istehsalı 29 milyon ton təşkil etmişdir və bununda 24.4 milyon tonu ixrac olunmuşdur. Bakı nefti əsasən Bakı Tbilisi-Ceyhan neft kəməri üzərindən həm Avropa ölkələrinə həm Türkiyəyə və digər ölkələrə satışı həyata keçirilir.Yerdə qalan 5.6 milyon ton isə Azərbaycanda, Bakı Neft ayırma zavodunda emal olunaraq yanacaq kimi(benzin, dizel)əhaliyə satılmışdır.
2024-cü ilin rəsmi məlumatlarına istinad eləsək, Azərbaycanın qaz istehsalı 50.4 milyard m³ təşkil etmişdir ki, bununda 25.3 milyard m³ ixrac olunmuşdur. Bunlardan da 9.9 milyard m³ Türkiyəyə, 13 milyard m³ Avropaya, keçən il bu 11 milyard təşkil edirdi. 2.47 milyard m³ Gürcüstana ixrac olunmuşdur. Yerdə qalan təxminən 25 milyard m³ daxili istehlak üçün istifadə olunmuşdur. Bu da əsasən sənaye, tikinti sektoru, kommersiya qurumlarına və əhali tərəfindən istehlak olunmuşdur. Demək olar ki, Azərbaycanın enerji balansına nəzər yetirilsə iqtisadiyyatımız və ölkənin illik dövlət büdcəsinin formalaşması əsasən neft və qaz ixracı üzərində formalaşmışdır.
Ölkə üzrə istehsal olunan təbii qaza baxsaq bunun da böyük bir hissəsi əhali tərəfindən yəni 3 milyard, 980 milyon m3 istehlakın 1 milyard 490 milyon kubmetri Bakı şəhərinə düşür və Abşeron-Xızı iqtisadi rayonunda 438.5 milyon kubmetr qaz, Naxçıvan Muxtar Respublikası 109 milyon kubmetr qaz, Şirvan iqtisadi rayonu 98 milyon kubmetr, Gəncə-Daşkəsən iqtisadi rayonunda 245 milyon kubmetr, Qarabağ zonasında 84 milyon kubmetr, Qazax-Tovuz zonasında 235 milyon kubmetr, Quba-Xaçmaz 210 milyon kubmetr , Lənkəran-Astara iqtisadi rayonu 239 milyon kubmetr, Mərkəzi Aran iqtisadi rayonu 234 milyon kubmetr, Mil-Muğan iqtisadi rayonu 148 milyon kubmetr, Şəki-Zaqatala 207 milyon kubmetr, Şirvan-Salyan iqtisadi rayonu 139 milyon kubmetr təbii qaz istelak edilmişdir. Burada da görsəndiyi kimi böyük bir pay Bakı şəhəri ilə Abşeron Xızı iqtisadi zonasının payına düşür.
Azərbaycan enerjidən asılı olmayan və iqtisadiyyatı demək olar ki, bütünlüklə mədən yanacaqlarına əsaslanır. Bununla belə, onun bərpa olunan iqtisadiyyata transformasiya üçün böyük potensialı var ki, bu da qonşu Xəzər ətrafı ölkələrlə razılaşma olmadığına görə Xəzər dənizindən külək stansiyaları üçün istifadə oluna bilməməsi ilə qismən məhdudlaşır.
Bu ölkənin inkişafının qısa, orta və uzunmüddətli hədəfləri 2030-cu ilə qədər bərpa olunan enerjinin ümumi elektrik enerjisi kompleksinin 35-40%-ni təşkil edəcəyini göstərən strateji yol xəritələrində müəyyən edilmişdir. Gələcək illərdə elektrik enerjisi istehsalının 20%-ni bərpa olunan mənbələrdən əldə etmək istədiyini bildirən transformasiya üçün müvafiq hökumət siyasəti də son dərəcə vacibdir. Hazırda Energetika Nazirliyi ölkə üzrə seçilmiş əlverişli ərazilərdə günəş və külək enerjisi layihələrinin inkişafını dəstəkləyəcək qanunvericiliyin və qaydaların hazırlanması prosesini həyata keçirir və bunun ilk effektləri artıq görünməkdədir.
Mədən yanacaqlarından istifadəni azaltmaq və Azərbaycan nəqliyyat sektorunda elektrik avtomobil nəqliyyatına keçidi stimulaşdırmaq üçün idxal olunan elektrik nəqliyyat vasitələrinin və elektrik doldurucu (şarj) avadanlıqlarının idxal zamanı tətbiq edilən müəyyən vergi güzəştləri tətbiq edildiyindən 2021-ci ildə cəmi 409 ədəd elektrik avtomobili olduğu halda bu rəqəm 2024-cü ilin sonunda 6000 ədədə yaxınlaşıb.
Bəzi ölkələrin təcrübəsinə baxıldıqda məsələn, Norveçdə 2022-ci ilədək yeni satışlar arasında elektrik avtomobillərinin payı 80%-i ötüb ki, bu da vergi güzəştləri və elektrik nəqliyyat vasitələrinin alınması üçün subsidiyalar da daxil olmaqla hökumətin stimullaşdırıcı tədbirləri sayəsində mümkün olub. Bu nümunə nəqliyyatın elektrikləşdirilməsinin dəstəklənməsi siyasətinin karbon emissiyalarını və mədən yanacaqlardan asılılığı azalda biləcəyini göstərir”.
Həmçinin ekspert bildirir ki, bu istiqamətdə 28 Yanvar 2025-ci il tarixində ölkə Prezidentinin Nəqliyyatın inkişafı ilə bağlı keçirdiyi müşavirədə qarşıya qoyulan məqsədlərin və nəqliyyat infrastrükturunun yaxşılaşdırılması istiqamətində mühüm töhfə verə bilər: “Bakı şəhərində olan davamlı tıxacların ətraf mühitə təsiri kifayət qədər artıbdır. Mühərrikin həcmi 1,6 sm3 olan orta avtomobil normal sürətdə hər 100 km məsafə üçün 7 litr benzin işlədirsə, tıxaclar zamanı yanacaq istehlakı bəzən 2 dəfəyə qıfər arta bilir. Buda öz növbəsində yanacaq istehlaknını və CO2 və digər zəhərli qaz emissiyalarının artmasına səbəb olur. Müşavirədə qəbul edilən qərarların həyata keçirilməsi bu sektorda tullantının həcmini əhəmiyyətli şəkildə azalda bilər.
Belə hesab edirik ki, Azərbaycan hökumətinin perspektiv inkişafda yaşıl enerjiyə keçid proqnozlaşdırıldığından yaxın gələcəkdə ölkənin enerji sektorunun böyük bir hissəsi bərpa olunan enerji mənbələrindən istehsal olunacaq və buda Qlobal iqlim dəyişnələrinə təsir edən qazların (Karbon dioksid, Metan, Azot və s) azaldılmasına və dayanıqlı enerji inkifaına keçidi təmin edəcək”.