Dünya

İsraildən “Hizbullah” hədəflərinə sarsıdıcı zərbə


İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə yeni silsilə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, zərbələrin hədəfi “Hizbullah”ın silahlı qanadının bir neçə reaktiv yaylım atəşi sistemləri və təşkilatın Livanın cənubundakı Nəbatiyyə şəhəri ərazisindəki aktiv hərbi infrastruktur obyekti olub. Bundan əlavə, Livanın cənubundakı Hula qəsəbəsi ərazisində “Hizbullah”ın yerli silahlı qruplarından birinin mühəndis bölməsinin komandiri öldürülüb.