Sabaha olan hava proqnozu BƏLLİ OLDU
“Aprelin 22-i və 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, lakin səhər saatlarında bəzi yerlərdə, qısamüddətli az çiskinli olacağı ehtimal edilir: “Cənub-şərq küləyi mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 20-24 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə də gün ərzində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə yağıntılar qısa müddətə intensivləşəcək. Dolu düşəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 22-27, Dağlıq ərazilərdə isə 12-17 dərəcə isti olacaq”.