Əvvəlcə bu müddət aprelin 1-dək nəzərdə tutulmuşdu
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi iyulun 1-dək uzadılıb.
Qeyd edək ki, əvvəlcə bu müddət aprelin 1-dək nəzərdə tutulmuşdu