Dünya

ABŞ Krımın Rusiya statusu ilə razılaşa bilər…



Yekun nəticələrin ABŞ, Ukrayna və Avropa İttifaqından yüksək səviyyəli rəsmilərin dəvət olunduğu Londonda keçiriləcək görüşdə müzakirə edilməsi planlaşdırılır



…Amerikalı diplomatlar qeyri-rəsmi görüşlərdə Krım yarımadasının Rusiya ərazisi kimi tanınması ehtimalını gündəmə gətirirlər. Bu təşəbbüs Qərbin danışıqlarda mövqeyinin dəyişməsindən ehtiyat edən Kiyevdə narahatlıq yaradır.

SİA-nın məlumatına görə, “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazır ki, ABŞ Rusiya-Ukrayna böhranının ümumi həlli çərçivəsində Krımın Rusiya regionu statusunu qəbul etmək imkanlarını araşdırır.

Bu danışıqlar Parisdə qapalı görüşlərdə aparılıb və burada Amerika tərəfi də Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini təklif edib.

Nəşrin məlumatına görə, ABŞ Ukraynanın təklif olunan şərtlərə cavabını gözləyir.

Mənbələr qeyd edir ki, müzakirələr ilkin xarakter daşıyır və hələlik rəsmi mövqe tutmayıb. Yekun nəticələrin ABŞ, Ukrayna və Avropa İttifaqından yüksək səviyyəli rəsmilərin dəvət olunduğu Londonda keçiriləcək görüşdə müzakirə edilməsi planlaşdırılır.

Ukrayna vəziyyətə nəzarəti itirməkdən ehtiyat edərək, Qərb tərəfdaşlarının yanaşmasında mümkün dəyişikliklərdən narahatdır.

Hələlik təkliflər hipotetikdir və qəti razılaşmaları təmsil etmir.

Əli Babayev