Dünya

Hindistanda atışma nəticəsində 27 turist həlak olub


Hindistanın şimalındakı Cammu və Kəşmirdə atışma nəticəsində onlarla turist həlak olub.

SİA xəbər verir ki, bu barədə News18 telekanalı müdafiə idarəsi və təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Belə ki, faciə Pahalqamda baş verib. Bu zaman turistlər Baysaran vadisində cığırla çıxarkən silahlı şəxslər onlara atəş açıb. İki əcnəbi də daxil olmaqla ən azı 27 nəfərin öldüyü məlumdur.

Ölkə hakimiyyəti mülki şəxslərə qarşı bu hücumu son illərin ən güclü hücumu adlandırıb.

Hindistanın daxili işlər naziri Amit Şah hücumda iştirak edənlərin hamısını cəzalandıracağına söz verib. Müqavimət Cəbhəsi qruplaşması baş verənlərə görə artıq günahı öz üzərinə götürüb.

…Bundan əvvəl bir qrup silahlı quldur Meksikada məşhur turist barına hücum edib atəş açaraq 10 nəfəri öldürmüşdü. Məlumdur ki, silahlılar avtomobillə Santiago de Queretaronun mərkəzindəki Los Cantaritos müəssisəsinə yaxınlaşıblar.

Əli Babayev