İqtisadiyyat

“Maliyyə sektorunun inkişaf Strategiyası”nın ötən il üzrə icra statusu açıqlanıb


Azərbaycan Mərkəzi Bankının (AMB) “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın ötən il üzrə icra statusu açıqlanıb. SİA xəbər verir ki, Strategiyada maliyyə sektoru üzrə müəyyənləşdirilmiş strateji fəaliyyətlərin icrasına dair hesabat hazırlanaraq AMB-nin internet səhifəsində yerləşdirilib.

Hesabatda 31 dekabr 2024-cü il tarixinə plan üzrə icra olunan fəaliyyət istiqamətlərindən əlavə, həm də gecikən fəaliyyət istiqamətləri üzrə məlumatlar da öz əksini tapıb. Hesabatda, həmçinin hər sektor üzrə əsas nailiyyətlər, növbəti addımlar və ehtimal olunan kəmiyyət xarakterli potensialın 2024-cü ilin sonuna olan göstəriciləri üzrə təhlillər də qeyd olunub.