Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə aprel ayının pensiya ödənişini yekunlaşdırıb. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 10-da Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.