Qərbi Azərbaycandakı alban xristian məbədləri ilə bağlı məsələ qaldırılması təklif olunur
Qərbi Azərbaycandakı alban xristian məbədləri ilə bağlı məsələ qaldırılması təklif olunur. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bugünkü iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
“Təkcə Qarabağ və Şərqi Zəngəzurda deyil, Qərbi Azərbaycanda da onlarla alban xristian, qıpçaq məbədi var. Həmin abidələrlə bağlı da məsələ qaldırmaq lazımdır. Bu addım multukulturalizm mövqeyi baxımından da əhəmiyyətlidir”, – o qeyd edib.