Ankarada 2 ayda 105 nəfər saxta spirtli içkinin qurbanı olub
…İstintaq çərçivəsində 43 nəfər həbs edilib. Ankara prokurorluğundan bildirilib ki, 50 şübhəli həbsdən azad edilərək məhkəmə nəzarətinə təhvil verilib.
SİA xatırladır ki, Ankarada son iki ayda 105 nəfər saxta spirtli içkilərin qurbanı olub. Bunu şəhər prokurorluğu bildirib.
Deyildiyi kimi, 43 nəfər həbs edilib, 50 şübhəli həbsdən azad edilərək məhkəmə nəzarətinə verilib.
Agentliyin məlumatına görə, saxta spirtli içkidən zəhərlənən 29 nəfər Ankara xəstəxanalarında müalicə alır. Bundan əvvəl 81 nəfərin öldüyü bildirilirdi.
Rusiyanın Ankaradakı səfirliyi diplomatik missiyaya həmvətənlərindən heç bir sorğu və ya Türkiyə rəsmilərindən Türkiyə paytaxtında saxta spirtli içki içməkdən əziyyət çəkən ruslar haqqında məlumat almadığını bildirib.
…Yanvar ayında yerli media 90-a yaxın insanın saxta spirtli içki qəbul edərək İstanbul xəstəxanalarına müraciət etdiyini və onlara metanol zəhərlənməsi diaqnozunun qoyulduğunu bildirmişdi.
70 nəfər həlak olub. Demək olar ki, bütün zəhərlənmə halları Türkmənistan və Özbəkistandan olanların əsasən yaşadığı ərazidə qeydə alınıb.
Əli Babayev