Dünya

Jukovskidə tikinti sahəsində qanunsuz miqrantlar saxlanıb…


Moskva vilayətinin Rusiya Qvardiyasının “Rusiç” OMON-un əməkdaşları polis əməkdaşları ilə birlikdə Moskva vilayətinin Jukovski şəhərində tikinti meydançasında qanunsuz miqrasiyanın müəyyən edilməsi üzrə əməliyyat keçirib. Nəticədə 9 xarici ölkə vətəndaşı saxlanılıb.

SİA xəbər verir ki, bu barədə çərşənbə günü, aprelin 23-də “Veçernyaya Moskva” nəşrinə Rusiya Milli Qvardiyasının Moskva vilayəti üzrə mətbuat xidmətindən məlumat verilib.

…Qudkova küçəsində yerləşən yaşayış kompleksinin tikinti sahəsinə baxış nəticəsində Rusiya Federasiyası ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 9 əcnəbi vətəndaş inzibati məsuliyyətə cəlb edilib.

Bunu mənbə “Veçernyaya Moskva”-ya bildirib.

Miqrantların beş min rubl məbləğində cərimə olunduğu dəqiqləşdirilir.

Həmçinin, miqrant əməyindən istifadə etmiş işəgötürənin Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.15-ci maddəsinin 4-cü hissəsi (Rusiya Federasiyasında əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeyri-qanuni işə cəlb edilməsi) ilə inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində araşdırma aparılır.

Bundan əvvəl polis əməkdaşları Rusiya Milli Qvardiyası ilə birgə Moskva vilayətinin Dzerjinski şəhərində ikona oğurlamaqda şübhəli bilinən 34 yaşlı miqrantı saxlayıblar.

Əli Babayev