Masallıda şəhid övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının təşkilatçılığı ilə Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir zamanı uzun illər dulusçuluq sənəti ilə məşğul olan sənətkar Cəsarət Nuriyev şəhidlərin övladlarına qədim el sənətinin sirlərini öyrədib. Uşaqlar gil kütləsindən müxtəlif əl işləri hazırlayaraq, bu qədim sənət növü ilə yaxından tanış olublar.
Təşkil olunan master-klas həm uşaqların estetik və yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə verib, həm də onların sosial adaptasiyasını dəstəkləmək baxımından mühüm əhəmiyyət daşıyıb.