Polşa Rusiyaya “Vladivostokdan narahat olmağı” tövsiyə etdi…
…Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, Rusiya “Vladivostokdan narahat olmalıdır”.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RT rus dilində məlumat yayıb.
Sikorskinin fikrincə, Rusiya tərəfi “Varşavanı fəth etmək xülyasına düşməməli”, Vladivostokun Çin adı olan Hayşenveynin mümkün itkisindən narahat olmalıdır.
Nazir hansı təhlükəni nəzərdə tutduğunu dəqiqləşdirməyib.
O, həmçinin Rusiyanın Kiyev, Vilnüs, Riqa, Tallin və Kişinyovda “heç vaxt hökm sürməyəcəyini” iddia edib. Bundan əvvəl Sikorski Çinə Ukraynada sülhə nail olmaq və hərbi əməliyyatları dayandırmaq üçün öz imkanlarından istifadə etməyi təklif edib.
Əli Babayev