İqtisadiyyat

“Son 5 ildə ölkədə 30 min hektardan artıq meyvə bağı salınıb”


Azərbaycanda son 5 ildə ölkədə 30 min hektardan artıq meyvə bağı salınıb. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında – aqrar sektorda sahibkarlığın inkişafına həsr edilmiş ictimai dinləmədə bildirib.

O həmçinin qeyd edib ki, suvarma sistemlərinin yaxşılaşdırılması aqrar sektorda prioritet məqamlardan biridir.