Arıqlamaq üçün bu kimi yolları sınamayın
“Piylənmə müasir cəmiyyətimizin qlobal problemlərindən biridir. Təbii ki, uşaqdan-böyüyə, yəni hər kəs bədəninin ideal formada olmasını istəyər. Müqayisə etsək, son 15-20 il ərazində gözəl bədən quruluşuna sahib olmaq istəyən insanların sayı artıb. Bu daha qadınlara şamil olunur, onlar incə və gözəl görünmək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.
Onun sözlərinə görə, çox təəssüflər olsun ki, bəzən səhv addım atılır: “İnsan uzun müddət ərzində çəki yığır, yəni çəki üstünə çəki gəlir. Lakin bir müddət sonra insan qəflət yuxusundan ayılır. Buna psixoloji aləmdə “psixoloji oyanıqlıq” deyirlər.
İnsanı qəflət yuxusundan oyadan isə kənarda olan artıq çəki ilə bağlı reaksiyalar, replikalar və s. olur. Həmin insanın beynində tez bir zamanda artıq çəkidən qurtulmalıyam kimi fikir formalaşır. Lakin fərqinə varmırlar ki, bu artıq çəkini neçə vaxtdır yığır. Bu fikir artıq insanları yanlış addım atmağa sövq edir.
Sosial şəbəkədə həkimlik sertifkatı, ümumiyyətlə tibb elmindən anlayışı olmayan şəxslər dietoloq adı ilə profil yaradaraq insanları aldadırlar. Yalançı və ucuz marafonlar təşkil edərək insan kütləsini cəlb edirlər. Belə yalançı dietlərdən istifadə edən insanlarda çox ciddi problemlər və xətəliklər müşahidə olunur.
Yalançı dietoloqlar bütün insanları eyni diet proqramına daxil edir. Halbuki bütün insanların orqanizmi eyni deyil və bu diet proqramını eyni şəkildə qəbul etməyəcək. Hətta bəzi insanların mədə-bağırsaq sistemini pozur”.
Dietoloq bildirir ki, artıq çəki olan insanların səhv addımından biri də, piylərdən azad olmaq üçün əməliyyat etdirirlər: “Lakin əməliyyat zamanı çox az miqdarda piy götürə bilirlər. Yəni özlərini aldadıb, səhv addım atıb əməliyyata getməsinlər. Bu əməliyyatı sadəcə 50-53 kq şəxslər edə bilər, oda ki, bədənlərində bəyənmədikləri yeri düzəltmək üçün nəzərdə tutulur.
Ən əsası və qorxulusu şəxslərin mədə kiçilmə əməliyyatı elətdirməsidir. Mədə kiçiltmə əməliyyatı bir müddətlik olur, ondan sonra isə insan yeyib-içədə bilmir. Nəticə etibarı ilə insanların yaşamaq riskləri çox az olur. Çünki artıq mədə kiçiltmə əməliyyatından sonra, demək olar ki, insan bədənində olan bütün orqanların fəaliyyəti yavaşlayır. Bu əməliyyatı ümumiyyətlə ləğv etmək lazımdır. İnsan bu əməliyyatdan sonra 2-3 il arası yaşaya bilir”.
Dietoloq bunu da qeyd edir ki, insan özünü sevməlidir və səhər tezdən hormonlarının oyaq olduğu vaxt durmalıdır: “Bununla yanaşı durduqdan sonra təmiz havada gəzinti etməlidir. Səhər yeməyində həftənin ən azı 3-4 günü meyvə, tərəvəzlə qidalanmalıdır, qalan günlərdə isə istədikləri yeməklərə üstünlük verə bilərlər. Duran kimi də su içməyi unutmamalıdırlar. Nahar yeməyində normal qidalanmaq, şam yeməyi isə ümumiyyətlə yeyilməməsi tövsiyyə olunur. Çünki saat 14:00-dan sonra yeyilən yemək sadəcə insan beynini rahatladır”.