“Aztelekom” yenidən təşkil edilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC yenidən təşkil edilir. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb “Bakı Telefon Rabitəsi”, “Az-Evro Tel” və “Azərrabitəlayihə” MMC-lər, “Aztelekom”un Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi və Sumqayıt Telekommunikasiya Qovşağının ləğv edilərək “Aztelekom”a qoşulmasıdır.
Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanına bildirə bilərlər.