Baykal gölündə buzun altından 4 ton neft dağılıb…
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Baykal Muzeyinin tədqiqatçıları Baykal gölündən bu il qeydə alınmış təbii neft axınının fotoşəkillərini təqdim ediblər.
SİA-nın məlumatına görə, Baykal gölü üçün səciyyəvi olan bu neft şouları Buryatiyanın Suxaya kəndi yaxınlığında, qışda buz örtüyü altında yığılan neftin səthə çıxdığı yerdə aşkar edilib.
Kəşf Baykal suitisinin tədqiqinə həsr olunmuş ekspedisiya zamanı gözlənilmədən baş verib.
Baykal Muzeyinin hesabatında deyilir ki, bu təbii neft sızıntıları (ildə təxminən 4 ton) sənaye istehsalının nəticəsi deyil və Baykal gölünün geoloji proseslərini, eləcə də ekologiyasını anlamaq üçün öyrənilən müstəsna təbiət hadisəsini təmsil edir.
Vurğulanır ki, neftin olmasına baxmayaraq, Baykal planetin ən təmiz və unikal şirin su biosenozlarından biri olaraq qalır. Həmçinin qeyd olunur ki, Baykal neft şouları fenomeni ilk dəfə 1733-1742-ci illərdə Baykal ekspedisiyasından sonra məşhur təbiətşünas İohan Qmelin tərəfindən sənədləşdirilib.
Nazlı Almuradova