“Prezidentin sərəncamı kifayət qədər əsaslıdır”
“İkinci Dünya müharibəsi dövründə hərbi xidmətdə olmuş, ya döyüşmüş çox az sayda adam qalmışdır. Amma hər halda onlardan hələ də qalanlar var. İstər ön cəbhədə, istər arxa cəbhədə döyüşmüş, fəaliyyət göstərmiş, xidmət etmiş şəxslərin istər xanımlar, istərsə bəylər olsun fərqi yoxdur onların bu gün cənab Prezident İlham Əliyev tərəfindən dəyərləndirilməsi Azərbaycanın SSRİ-nin Almaniya üzərində qələbəsinə görə deyil, öz vətəndaşlarına qoyduğu hörmətin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam əslində onu göstərir ki, təkcə bizim üçün piroritet olaraq İkinci Qarabağ Müharibəsində iştirak etmiş, döyüşmüş şəxslər deyil, hətda İkinci Dünya Müharibəsində iştirak edən şəxslərin yüksək diqqətə layiq görülməsi bizim üçün prioritetdir. Təbii ki, illər keçdikcə, zaman keçdikcə bu şəxslərin sayı getdikcə azalır. Bu şəxslərin hər biri canlı tarixdirlər. O, tarixi yaşayıblar, yaradıblar və onlara belə qayğı göstərilməsi şübhəsiz ki, lazımdır. Mən düşünürəm ki, Azərbaycan dövlətinin də əsas məqsədlərindən birisi budur. Təbii ki, sərəncam verilir, onlarla bağlı dövlət qayğısını əsirgəmir. Hətta onu deyə bilərəm ki, tibbi, sosial, məişət qayğıları ilə maraqlanılır. Çünki onların o dövrdə əldə etdikləri uğurlar bu gün üçün dövlətimizin xalqımızın formalaşmasına ciddi təsir edib. Əslində onların yaşadıqları o dövr Azərbaycan xalqının var olması məsələsini də ortaya çıxarır. Yəni ciddi bir təsir imkanı formalaşdırır. Təkcə biz faşist Almaniyasına qarşı döyüşmüşük deyə yox, həm də elə SSRİ məkanında belə Azərbaycan və azərbaycanlılar özlərini sübut etmiş olublar ki, biz min illərə söykənən tarixi keçmişə malik bir xalqın nümayəndələriyik, onların nəvələriyik, nəticələriyik. Ona görə düşünürəm ki, biz bunları sübut etmişik. Cənab Prezidentin verdiyi bu sərəncam kifayət qədər əsaslıdır”.