Severo-Kurilsk sahillərində zəlzələ baş verib…
Severo-Kurilsk sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bunu eqalert.ru seysmik aktivliyin monitorinqi onlayn xidmətinin məlumatları sübut edir.
Seysmoloqlar aprelin 24-də Saxalin vaxtı ilə saat 22:57-də Kuril adaları regionunda zəlzələ qeydə alıblar.
Rusiya Elmlər Akademiyası Geoloji Kəşfiyyatlar üzrə Federal Tədqiqat Mərkəzinin Saxalin bölməsinin məlumatına görə, seysmik hadisənin mənbəyi Severo-Kurilskdən 225 kilometr cənub-şərqdə yerləşib.
Yeraltı təkanların gücü maqnituda miqyasında təxminən 5,0 bal olub. Mənbə 34 kilometr dərinlikdə yerləşirdi.
Zəlzələnin ocağının koordinatları 48,9° şimal eni və 157,7° şərq uzunluğudur.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Nazlı Almuradova