Siyasət

XİN trans-sərhəd suların çirkləndirilməsi ilə bağlı üzərinə düşən işləri icra edir


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) trans-sərhəd suların çirkləndirilməsi ilə bağlı mübarizədə öz üzərinə düşən işləri icra edir. SİA xəbər verir ki, bunu XİN-in İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirədən sonra sual-cavab sessiyasında deyib.

O qeyd edib ki, trans-sərhəd sularının idarə olunması milli su strategiyası əsasında aparılır:

“Bu sular biomüxtəlifliyin əsas hissəsidir. XİN trans-sərhəd sularının çirkləndirilməsi ilə bağlı öz üzərinə düşən işləri icra edir. Azərbaycan “mavi iqtisadiyyat” və okeanların idarə olunması barədə konfranslara qatılır. Bu iştirak xüsusilə COP29 çərçivəsində aktivləşib. Bu il Fransada Dünya Okean Konfransı keçiriləcək ki, orada da iştirak məsələsi gündəmə gələ bilər”.