İqtisadiyyat

AMB “CFI Financial İnvestisiya Şirkəti”nə icrası məcburi göstəriş verib


Azərbaycan Mərkəızi Bankı (AMB) “CFI Financial İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edib və icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə əməl edilmədiyi üzə çıxıb. Odur ki, investisiya şirkətinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.