AMB-nin nümayəndə heyəti Seçki Qrupunun iclasında iştirak edib
ABŞ-də işgüzar səfərdə olan Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti paytaxt Vaşinqtonda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) Yaz Toplantıları çərçivəsində Azərbaycanın da daxil olduğu Seçki Qrupunun iclasında iştirak edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, AMB sədrinin I müavini Əliyar Məmmədyarov toplantıda çıxışı zamanı ölkənin makroiqtisadi göstəriciləri və maliyyə sektorunun inkişaf trendləri barədə məlumatı diqqətə çatdırıb. O, Dwnya Bankı və IMF ilə uzunmüddətli səmərəli tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Toplantıda Seçki Qrupuna üzv ölkələrin dövlət və hökumət rəsmiləri, Dünya Bankı və IMF-in rəhbər şəxsləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edib. Tədbir çərçivəsində üzv ölkələr arasında maraq kəsb edən mövzular, qlobal və regional çağırışlar, eləcə də inkişaf perspektivləri müzakirə olunub.