Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək
İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı, İslam Ticarət və İnkişaf Palatasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə mayın 10-da Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) sədri Məmməd Musayev “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O sahibkarları forumda aktiv iştiraka dəvət edərək bildirib.
“Bu gün aparılan fikir mübadiləsi, təkliflər və təhlillər sahibkarlığın inkişafı və ölkəmizin suveren iqtisadi potensialının gücləndirilməsi baxımından faydalı olacaq. Biz birlikdə, həm konstitusiyamızın təmin etdiyi hüquqlardan bəhrələnərək, həm də dövlətimizin yaratdığı iqtisadi imkanlardan istifadə edərək daha güclü sahibkar icması qurmağa çalışacağıq”, – deyə M.Musayev bildirib.