BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası gələn həftə Ukrayna ilə bağlı iclas keçirəcək.
SİA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın təşkilat yanında daimi nümayəndəliyi məlumat yayıb.
Qeyd olunur ki, Təhlükəsizlik Şurasının iclası çərşənbə axşamı, aprelin 29-da Nyu-York vaxtı ilə saat 16:00-da (Moskva vaxtı ilə 23:00) baş tutacaq.
Əli Babayev