İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər. SİA xəbər verir ki, dövlət başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.
Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.