Kriptovalyuta bazarının son göstəriciləri
Aprelin 25-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10: 00-da “CoinMarketCap” platformasında 0.71% bahalaşaraq 93 252 ABŞ dolları təşkil edib.
Son bir gündə “Ethereum”un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.15% azalaraq 1767 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.11% ucuzlaşıb, BNB isə 0.21% bahalaşıb.
Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.