Dünya

Ağ Ev Vatikanda Tramp və Zelenski arasında danışıqları məhsuldar adlandırıb


Vatikanda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan söhbət məhsuldar olub. SİA-nın ABŞ KİV-inə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq deyib.

Qeyd edək ki, bu günü Tramp Zelenski ilə görüşüb. KİV-lər Vatikandakı Müqəddəs Pyotr kilsəsində iki nəfərin qarşı-qarşıya oturduğunu əks etdirən fotoşəkillər dərc edib.

Bəzi fotoşəkillərdə Fransa Prezidenti Emmanuel Makron və İngiltərənin Baş naziri Kir Starmerin də görüş yerində olduğu görünür.

Qeyd edək ki, D.Tramp aprelin 26-da Vatikanda Papa Fransiskin dəfn mərasimində iştirak edib. ABŞ Prezidenti artıq Romadan uçub.