Dünya

Maraqlıdır, görən, rusların itkiləri nə qədər olub?



Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində döyüşlər zamanı ümumi itkilərini açıqlayıb.



Kursk vilayətindəki döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 76,5 mindən çox döyüşçü təşkil edib.

SİA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

…Ümumilikdə, Kursk istiqamətində keçirilən hərbi əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələri 76 550-dən çox hərbçi, 412 tank, 341 piyada döyüş maşını və 314 zirehli transportyorunu itirib, – deyə idarədən bildirilib.

Müdafiə Nazirliyi Kursk vilayətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin 2,2 min digər zirehli döyüş maşınının, həmçinin 647 özüyeriyən artilleriya qurğusunun və səhra artilleriyasının məhv edildiyini bildirib.

Rusiya ordusu 15 HIMARS və yeddi ABŞ istehsalı MLRS daxil olmaqla 64 reaktiv yaylım atəş sistemini məhv edib. Departament Ukrayna Silahlı Qüvvələrinin 134 elektron döyüş stansiyasının və 13 hava hücumundan müdafiə radiolokasiya stansiyasının, həmçinin beş elektron kəşfiyyat radiolokasiya stansiyasının məhv edildiyini qeyd edib.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə Kursk vilayətinin azad edilməsi üzrə əməliyyatın başa çatması barədə hesabat verib.

Aprelin 26-da rayonun sonuncu yaşayış məntəqəsi Qornal kəndi azad edilib.

…Maraqlıdır, görən, rusların itkiləri nə qədər olub?

Əli Babayev