Sosial

Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü, həmçinin ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 26-da Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib. SİA xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1250-dən çox ağac əkilib.

Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla söhbət edib.