7 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib
Paytaxtın Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, aprelin 27-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 14, 17, 18 və 96 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti gün ərzində İnşaatçılar və Mətbuat prospektləri, Şəfaət Mehdiyev, Bəxtiyar Vahabzadə, Ayna Sultanova və Mikayıl Müşfiq küçələri ilə təşkil ediləcək.