Dünya

Vatikan Zelenskiyə görə diplomatik protokolu pozdu


Vatikan diplomatik protokolu pozaraq, Ukrayna Prezidenti Volodimir Zelenskini Papa Fransisin vida mərasimində ABŞ və Fransa liderlərinin yanında ön sıraya yerləşdirib. SİA xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Qərar sürpriz olub, çünki ənənəvi olaraq belə tədbirlərdə oturacaq yerləri fransız dilində ölkələrin adlarının əlifba sırası ilə müəyyən edilir. Vatikanın Müqəddəs Pyotr meydanında keçirilən dəfn mərasimində Ukrayna lideri və birinci xanımı Olena Zelenska Hindistan Prezidenti Draupadi Murmu və Macarıstan prezidenti Tamaş Szujokun yanında əyləşib.