Sosial

97 mindən çox ailə üçün kiçik bizneslər yaradılıb


“Ölkəmizdə “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın, habelə “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Qanunlarının qəbul olunması işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində aktiv tədbirlərin səmrəliliyinin artırılmasını, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial müdafiə naziri Anar Əliyev “Rəqəmsallaşma və Süni İntellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq, görülmüş tədbirlər nəticəsində 1,6 milyon şəxs müxtəlif məşğulluq tədbirlərinə cəlb olunmuş, 721 mindən artıq işsiz və işaxtaran şəxs münasib işlə təmin olunmuş, 42 mindən çox şəxs peşə hazırlığına, 3,3 min şəxs əməkhaqqının birgə maliyyəşməsi proqramına cəlb olunmuşdur ki, məşğulluğun təminatı sahəsində əldə olunan bu nəticələrdə işəgötürənlərin rolunu xüsusi qeyd etmək lazımdır: “Ötən dövrdə 97 mindən çox ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılmışdır.

Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehiriban xanım Əliyevanın təşəbbüsü əsasında yaradılmış “DOST” Mərkəzləri ölkənin yeni brendinə çevrilmişdir. 2019-cu ilin may ayından bu günə kimi DOST Mərkəzlərində Vahid platformadan, tam şəffaf və operativ formada 3,4 milyondan çox vətəndaşa xidmət göstərilib və həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,4 faizdir”.