Dünya

ABŞ Rusiyaya Ukrayna ilə bağlı ultimatum verib…




Senator Lindsi Qrem Kremlə qarşı planlarını açıqlayıb…



…ABŞ Senatı Rusiya “şərəfli, ədalətli və davamlı sülhü qəbul etməzsə” ona qarşı yeni sanksiyaları razılaşdırmağa hazırdır. Bundan sonra ABŞ Rusiyadan neft, qaz, uran və ya digər məhsullar alan istənilən dövlətə qarşı ikinci dərəcəli rüsumlar tətbiq edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu respublikaçı senator Lindsi Qrem deyib.

X hesabında o, “Putinin Rusiyasına qarşı” yeni sanksiyalara dair ikitərəfli qanun layihəsini artıq təqdim etdiyini söyləyib. Sənədin 60-a yaxın həmmüəllifi var.

Sanksiyalar Rusiyadan neft, qaz və ya digər məhsullar alan istənilən ölkə üçün ikinci dərəcəli rüsumları nəzərdə tutur. …Senat bu istiqamətdə irəliləməyə hazırdır və Rusiya şərəfli, ədalətli və davamlı sülhü qəbul etməsə, böyük səs çoxluğu ilə bunu edəcək.

Bunu amerikalı senator bəyan edib.

Lindsi Qrem həmçinin Tramp və komandasına “Ukraynada Putinin vəhşi işğalı nəticəsində yaranmış müharibəni ləyaqət və ədalətlə bitirmək üçün çox çalışdıqlarına görə” təşəkkür edib.

Əli Babayev