Dünya

ABŞ Trampın Putindən qorxmasından danışıb…


ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə daha sıx əlaqələr qurmağa çalışır.

SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya üzrə keçmiş direktoru Fiona Hill deyib.

…Tramp Putini təkrarlayır. O, ona yaxınlaşmaq istəyir. Bunu Trampın keçmiş müşaviri deyib.

Bundan əvvəl Ağ Evin keçmiş kommunikasiya direktoru Entoni Skaramuççi bildirib ki, prezident Tramp Putindən qorxur.

O, həmçinin vurğulayıb ki, Amerika prezidenti nə Kanadanın keçmiş baş naziri Castin Trüdoya, nə də İngiltərənin indiki baş naziri Keir Starmerə qarşı belə ehtiyatlı davranmayıb.

…Martın 18-də Hill bildirib ki, Putin danışıqlar zamanı Trampı açıq şəkildə ələ salıb, lakin Amerika prezidentinin özü rusiyalı həmkarının rişxənd və istehzasını tərcümədəki çətinliklərə görə başa düşməyib.

Əli Babayev