Biz elektronlaşdırmanın işçi sağlamlığına və təhlükəsizliyinə təsirini dəstəkləyirik
“Azərbaycan və Türkiyə Prezidentləri cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü iş birliyi, uzun illərə dayanan dostluqları hər sahədə olduğu kimi, iş sağlığı və təhlükəsizliyi sahəsində də önəmli işlər görülüb”. SİA xəbər verir ki, bunu Türkiyə Respublikasının Əmək və Sosial müdafiə naziri Vedat İşıqhan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, dünyamız hər sahədə olduğu kimi işçilik sahəsindədə dəyişim dövründədir: “Süni zəka və elektronlaşdırma sadəcə istehsal sahəsində deyil, eyni zamanda işçinin sağlamlığı və təhlükəsizliyi sahəsində dəyişməkdədir.
Biz cənab Rəcəb Tayyib Ərdoğanın başçılığı altında elektronlaşdırmanın işçi sağlamlığına və təhlükəsizliyinə təsirini dəstəkləyirik. Qəza risklərini önləməkdə, əvvəlcədən proqnozların verilməsində, həmçinin təhlükəsizliyin təmin olunmasında süni intellektin təsiri çox böyükdür”.