Sosial

Nazirliyin bir qrup qadın hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət edib


Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin bir qrup qadın hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət edib.

SİA xəbər verir ki, Müdafiə Nazirliyinin verilən məlumata görə, Zərifə xanımın məzarı üzərinə əklil və gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.