Sosial

Ramin Məmmədov Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək. SİA xəbər verir ki, Dini Komitənin sədri Özbəkistanın Dini İşlər Komitəsinin sədri Sodik Toşboyevin dəvəti ilə Səmərqəndə gedəcək.

Bildirilib ki, Özbəkistanın paytaxtındakı “Maturidilik – tolerantlıq, mötədillik və maarifçilik təlimi” mövzusuna həsr olunmuş konfransa dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaqlar.

Konfransda Maturidiyyə təlimində ümumbəşəri dəyərlərin, tolerantlıq və mötədilliyin təfsiri, həmçinin bu ideyaların 21-ci əsrdə aktuallığı barədə müzakirələr aparılacaq.

Beynəlxalq konfrans aprelin 29-30-da baş tutacaq.