Sosial

Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib


Aprelin 28-də Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, akademik Zərifə xanım Əliyevanın anadan olmasından 102 il keçir. Səhiyyə Nazirliyinin rəhbərliyi bu münasibətlə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Həmçinin görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin də məzarları üzərinə tər çiçəklər qoyulub.

Akademik Zərifə xanım Əliyevanın tədqiqatları və alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində mühüm mərhələ təşkil edir. Azərbaycan oftalmologiya elmini dünyada tanıtdıran Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.