İqtisadiyyat

AMB Türkiyənin sığorta brokerini reyestrinə daxil edib


Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin “Gallagher Sigorta ve Reasürans Brokerliği” Anonim Şirkətini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 96-ə çatıb.

Bundan əvvəl ötən ilin dekabr ayında Lüksemburqun “Howden Specialty Luxembourg, S.ά.r.l” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Volante (DIFC)” şirkətləri sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.

Xatırladaq ki, “Gallagher Sigorta ve Reasürans Brokerliği” 2010-cu ildən fəaliyyət göstərir.