Dünya

Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edir


Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “NATO-Georgia 2025” kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir.

SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması və təşkili üzrə hazırlığının artırılmasına yönəldilib.

NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.